EN

Gündəlik su qəbulu limitini aşmayın: zərəri böyükdür

Həddindən artıq su içən gənc qadına xəstəxanada “su intoksikasiyası” diaqnozu qoyulub.

E-saglam.az xəbər verir ki, bu nadir hal qısa müddətdə ağır fəsadlara, hətta ölümə səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, gündə 8 litr su içmək böyrəklərin filtrasiya imkanını aşır. Normalda böyrəklər saatda 700 millilitr – 1 litr mayeni emal edə bilir, lakin həddən artıq yüklənmə səbəbindən fəaliyyətləri zəifləyir. Nəticədə ürəkbulanma, qusma, əzələ ağrıları, huş itirmə və qıcolma kimi əlamətlər yaranır.

Artıq su qəbulu qanda natrium səviyyəsini azaldır və hüceyrələrə su yığılmasına səbəb olur. Bu, xüsusilə beyin hüceyrələrində şişkinlik yaradaraq həyati təhlükə törədə bilər. Həkimlər suyun gün ərzində az-az, bərabər şəkildə içilməsini məsləhət görürlər.

Gündəlik su miqdarı yaşa, cinsə, iqlim şəraitinə və fiziki aktivliyə görə dəyişir. Ümumilikdə, kişilər üçün 3–3,5 litr, qadınlar üçün isə 2–2,5 litr kifayət hesab olunur. İsti havalarda və ağır fiziki fəaliyyət zamanı bu göstərici bir qədər artırıla bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
15
e-saglam.az

1Sources