EN

Smartfonlar təhlükəli mikrobların mənbəyidir -Ehtiyatlı olun

Amerikanın “Health Partners” təşkilatının həkimləri xəbərdarlıq ediblər ki, smartfonlar müxtəlif xəstəliklərə yol aça biləcək çoxlu mikrobların toplanma məkanına çevrilir.

Redaktor.az xəbər verir ki, bu barədə "Infobae" nəşri məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, telefonlarda yüzlərlə növ bakteriya, göbələk və viruslar çoxalır. Nəticədə qastroenterit, soyuqdəymə, qrip, respirator sinsitial infeksiya və digər təhlükəli xəstəliklər yarana bilər.

Ekspertlər bildiriblər ki, bu, hər aktiv smartfon istifadəçisinin mütləq xəstələnəcəyi anlamına gəlmir. Lakin qadcetlərə toxunduqdan sonra əllə üzə, buruna və ya ağıza toxunmaq infeksiya riskini xeyli artırır.

Həkimlər cihazların həftədə ən azı bir dəfə dezinfeksiya edilməsini məsləhət görürlər. Bunun üçün mikrofiber salfetlərdən, distillə olunmuş sudan və konsentrasiyası 70 faizdən yüksək olmayan spirt məhlulundan istifadə tövsiyə edilir.

Aytəkin TOFİQQIZI

Chosen
9
1
redaktor.az

2Sources