EN

Yazışma zamanı xəyanətkar partnyoru necə müəyyən edə bilərik? - Detektivdən AÇIQLAMA

Xəyanətkarlar yazışmalar zamanı nikahdankənar münasibətləri gizli saxlamaq üçün xüsusi məxfi kodlardan istifadə edirlər.
 
Bu barədə britaniyalı şəxsi detektiv Pol Cons "Metropoles" nəşri ilə söhbətində danışıb.
 
O, mesajlarda emoji vasitəsilə vəfasız tərəfdaşı tanımağın yolunu açıqlayıb.
 
Cons bildirib ki, xəyanət edən partnyorlar yazışmalarda gizli münasibətlərinə işarə edən bütün ifadələri ört-basdır etmək üçün gözə çarpmayan emojilərdən istifadə edə bilərlər. Detektivin sözlərinə görə, onun bir neçə müştərisinin partnyorları sevgililərini səhər yeməyinə dəvət etmək üçün yazışmalarda kruvasan emojisindən istifadə ediblər. Hərf şəklində olan emoji isə əks tərəfin ona yazmağını xahiş etməsini ifadə edib.
 
Consun sözlərinə görə, son bir ildə nikahdankənar münasibətləri gizlətmək üçün bu metodun populyarlığı xeyli artıb. Eyni zamanda o vurğulayıb ki, əgər partnyorunuz nadir hallarda belə emojilərdən istifadə edirsə, narahat olmağa dəyməz, lakin bu üsuldan sistemli şəkildə istifadə edilməsi əks tərəfdə şübhə doğurmalıdır. /Oxu.az/
Chosen
10
1
moderator.az

2Sources