EN

Trampa qarşı iddia qaldıracaq

ABŞ Federal Ehtiyat Sisteminin (FES, Mərkəzi Bank funksiyalarını yerinə yetirir) İdarə Heyətinin üzvü Liza Kuk Prezident Donald Tramp tərəfindən vəzifədən uzaqlaşdırılmasına qarşı məhkəmə iddiası qaldıracaq.

Azreform.info xəbər verir ki, bu barədə "CNBC"yə onun vəkili Abbe Louell bildirib.

"Trampın Liza Kuku işdən çıxarmaq səlahiyyəti yoxdur. Onu yalnız üçüncü tərəfin məktubuna əsaslanaraq işdən çıxarmaq cəhdinin nə faktiki, nə də qanuni əsası var. Biz bu qanunsuz hərəkətə etiraz məqsədilə məhkəməyə müraciət edəcəyik", - o deyib.

Qeyd olunur ki, işə Ali Məhkəmədə baxıla bilər.

Federal Ehtiyat Aktında deyilir ki, Prezident FES-in üzvünü vəzifə səlahiyyətlərini aşmaq və ya yerinə yetirməmək səbəbilə işdən azad edə bilər.

Xatırladaq ki,ötən gün ABŞ Prezidenti Donald Tramp ipoteka krediti alarkən ehtimal olunan fırıldaqçılığa görə ABŞ Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad edib.

O, FES-in 111 illik tarixində ABŞ Prezidenti tərəfindən işdən çıxarılan ilk İdarə Heyəti üzvüdür.

Chosen
14
4
azreform.info

5Sources