EN

Rusiya vətəndaşı Estoniyada casusluğa görə azadlıqdan məhrum edilib

Estoniyada 63 yaşlı Estoniya-Rusiya vətəndaşı Erna Moiseyeva kəşfiyyat fəaliyyətinə və sanksiyaları pozduğuna görə 3 il müddətinə azadlıqdan məhrum edilib.

"Report"un yerli ERR teleradio şirkətinə istinadən verdiyi məlumata görə, qadın Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edib.

İttihama görə, 2023-cü ilin dekabrında Moiseyeva FTX ilə əlaqə yaradaraq ona Rusiya xüsusi xidmət orqanlarının marağına səbəb olan və ya Rusiyada yaşayarkən Estoniyada işləmiş şəxslər barədə məlumat verib.

KİV-in məlumatına görə, qadın Estoniya Silahlı Qüvvələri, polis və sərhədçilər, həmçinin Varska kurortunda həmkarları haqqında məlumat toplayıb.

Bundan əlavə, o, iki dəfə Estoniyadan Rusiyaya sanksiyalarla qadağan edilmiş ümumi dəyəri 300 avrodan çox olan yeddi şüşə şərab daşımağa cəhd edib. Hər iki halda Estoniya gömrükçüləri sanksiya tətbiq edilən malların Rusiyaya çatdırılmasına mane olublar.

Qadın 2025-ci ilin mayında həbs edilib. Məhkəmə iclasında o, günahı etiraf etmək barədə saziş bağladığını təsdiqləyib və Estoniyaya qarşı casusluq etdiyinə görə peşman olduğunu bildirib.

Chosen
3
report.az

1Sources