ain.az, Fanat portalına istinadən məlumat verir.
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə vəsiqə qazanacaq 3 komandanın adına aydınlıq gəlib.
İlk qalibin adı Qazaxıstanda müəyyənləşin. Ötən həftə səfərdə "Seltik"lə bərabərə qalan "Kayrat" cütün taleyini doğma meydanda, penaltilər seriyasında həll edib.
Bundan başqa, ÇL-in sürpriz komandalarından olan Kipr "Pafos"u "Srvena Zvezda" (Serbiya), "Şturm" (Avstriya) isə "Budyo Qlimt" (Norveç) ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" sabah "Ferentsvaroş"la üz-üzə gələcək. Səfərdə macarlara 3:1 hesabı ilə qalib gələn "köhlən atlar"ın doğma meydanda baş tutacaq cavab görüşündə bu üstünlüyünü qorumağa çalışacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 avqust
20:45. "Kayrat" (Qazaxıstan) - "Seltik" (Şotlandiya)
İlk oyun - 0:0. İkinci oyun - 0:0. (Penaltilər seriyası- 3:2)
23:00. "Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiya)
İlk oyun - 2:1. İkinci oyun 1:1
23:00. "Şturm" (Avstriya) - "Budyo Qlimt" (Norveç)
İlk oyun - 0:5. İkinci oyun 2:1
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.