Qazaxıstan "Kayrat" klubu Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, onlar "Seltik"i mübarizədən kənarlaşdıraraq bu uğura imza atıb. 

Tərəllər arasındakı hər iki matç 0:0 hesabı ilə bitib.

Qalib penaltilər nəticəsində məlum olub. "Kayrat"ın qapıçısı Temirlan Anarbekov "Seltik"in 3 penaltisini dəf edib və komandasını ÇL-na aparıb - 3:2.

Qeyd edək ki, "sarı-qaralar" tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq. Onlar bunu bacaran 2-ci qazax klubu olub. Daha əvvəl "Astana"da eyni uğura imza atmışdı.