EN

Ramiz Rövşənin səhhəti nə yerdədir? - AÇIQLANDI

Azərbaycanın Xalq şairi Ramiz Rövşənin səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. 

Bakıvaxtı.az-ın məlumatına görə, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, o, şairlə danışıb.  Hazırda onun vəziyyəti stabildir.

Rəşad Məcidin sözlərinə görə, Ramiz Rövşən özünü yaxşı hiss edir:

“Dedi ki, ayağımdakı ağrılar stabil qalır. Amma səhhətimdə problem yaranması barədə yazılanlar xeyli şişirdilib”.

Beləliklə, Ramiz Rövşənin səhhətində ciddi narahatlıq olmadığı vurğulanıb.

Əli Hüseynov

Chosen
40
bakivaxti.az

1Sources