EN

Putindən yeni qərar – Səlahiyyət müddətini uzatdı

Prezident Vladimir Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin sədr vəzifəsində səlahiyyət müddətini uzadıb.

KONKERT.az milli.az-a istinatən xəbərinə görə, bu barədə “Kommersant” nəşri qurumdakı mənbəyə istinadən məlumat verir.

Jurnalistlərin sözlərinə görə, Bastrıkinin xidmət müddəti 2026-cı ilin avqustuna qədər uzadılıb.

Qeyd edək ki, Rusiya KİV-də Bastrıkinin Ali Məhkəmənin sədri vəzifəsinə əsas namizədlərdən biri olduğu yazılırdı. Vakansiya məhkəmənin sədri İrina Podnosovanın ölümündən sonra açılıb. Müraciətlər avqustun 25-dək qəbul edilib.

Bəzi məlumatlara görə, Rusiya İstintaq Komitəsinin sədri vəzifəsinə ədliyyə naziri Konstantin Çuyçenko və prezidentin köməkçisi, nəzarət şöbəsinin rəhbəri Dmitri Şalkov da nəzərdən keçirilib.

Chosen
2
4
konkret.az

5Sources