Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Türkiyə, Fars körfəzi ölkələri və ya Avropa ölkələri Rusiya ilə danışıqların növbəti raundunu təşkil edə bilərlər.
Xalqcebhesi.az xəbər verir ki, Ukrayna liderinin videomüraciəti özünün Telegram kanalında yayımlanıb.
“Beləliklə, bu həftə Türkiyə, Fars körfəzi ölkələri və ruslarla danışıqlar apara biləcək Avropa ölkələri ilə təmaslar olacaq”, - deyə Zelenski bildirib.
O, Ukraynanın döyüşlərə son qoymaq üçün əlindən gələni edəcəyini vurğulayıb.
Məryəm Quliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.