EN

Bakıda süni göldə uşaq batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Chosen
30
18
modern.az

10Sources