EN

İş adamı müştərini küçədə öldürdü

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə restoran sahibi müştərini qətlə yetirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmirin Buca qəsəbəsində baş verib. 

Restoranda 20 yaşlı Əmirxan Qaya ilə sahibkar Yılmaz E. arasında naməlum səbəbdən mübahisə yaranıb. Sonra tərəflər küçəyə çıxaraq, əlbəyaxa olublar. Bu zaman Yılmaz E. üzərindəki tapança ilə gənc oğlana atəş açıb. Bir neçə yerindən xəsarət alan zərərçəkən xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin gördükləri tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Yılmaz E. isə polis tərəfindən saxlanılıb və araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
7
lent.az

8Sources