İntizamsız davranışına görə "Marsel"in əsas komandasında uzaqlaşdırılan Adrien Rabyo İtaliyaya qayıda bilər.
Sportal.az xəbər verir ki, "Milan" fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Qırmızı-qaralar"ın baş məşqçisi Massimiliano Alleqri "Yuventus"da rəhbərliyi altında oynamış Rabyonu yenidən sərəncamında görmək istəyir. "Milan" 30 yaşlı orta xətt oyunçusu üçün Fransa klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, Adrien Rabyo Fransa çempionatının 1-ci turunun "Renn"lə matçından (0:1) sonra paltardəyişmə otağında komanda yoldaşı Conatan Rou ilə dalaşıb. Klub rəhbərliyinin qərarı ilə hər iki futbolçu satışa çıxarılıb. Rau bir neçə gün öncə 17 milyon avro qarşılığında "Bolonya"ya satılıb.
saytlarin hazirlanmasi