EN

Köhnə pendir istifadə etməkTƏHLÜKƏLİDİR

Somnoloq Tarik Fakih gündüz həddindən artıq yuxululuq yaşayan insanlara bəzi qidaları menyudan çıxarmağı tövsiyə edib. 

Redaktor.az xəbər verir ki, onun fikirləri aif.ru-da yayımlanıb.

Mütəxəssisin sözlərinə görə, tərkibində tiramin maddəsi yüksək olan qidalar gündüz yuxululuğunu artıra bilər. Bu təsir xüsusilə kişilərdə daha çox müşahidə olunur.

Fakih köhnə pendirlərin, spirtli içkilərin, hisə verilmiş ətlərin və turşu məhsullarının istifadəsini azaltmağı və ya tamamilə dayandırmağı məsləhət görüb. Onun fikrincə, bu məhsullar yaxşı gecə yuxusu olsa belə, insanlarda gün ərzində yatmaq istəyini gücləndirir.

Eyni zamanda, həkim omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların xüsusilə yağlı balıqların gündüz yuxululuğunu azaltmağa kömək etdiyini vurğulayıb.

Aytəkin TOFİQQIZI

Chosen
3
3
redaktor.az

4Sources