EN

Bu il ali məktəblərə qəbul olunan subbakalavrların sayı azalıb

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı 6461-dir və ötənilki göstəricidən 826 nəfər daha azdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında yer alıb.

Bildirilib ki, subbakalavrlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər.

"Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texnologiya Universiteti (589), Mingəçevir Dövlət Universiteti (506 nəfər) və Azərbaycan Dövlət Aqrar Universitetinə (459 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 47.75%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 42.04%-nin subbakalavr olduğunu görərik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
7
bakivaxti.az

8Sources