EN

Türkiyədə keçirilən yarış zamanı itkin düşən rusiyalı məşqçinin axtarışları davam edir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 26 avqust, Günel Karatepe, AZƏRTAC

Avqustun 24-də Türkiyədə - Bosfor boğazında təşkil olunan üzgüçülük marafonu zamanı itkin düşən rusiyalı məşqçi Nikolay Sveçnikovun axtarışları davam edir.

AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı İstanbulun Beykoz Respublika Baş Prokurorluğu tərəfindən genişmiqyaslı tədqiqat başladılıb. İstintaq çərçivəsində prokurorluq tərəfindən idmançının şəxsi məlumatlarının, yarış zamanı çəkilmiş görüntülərin, hotel və xəstəxana qeydlərinin araşdırılması, eləcə də Sveçnikovun ailə üzvləri və yarışa onunla birlikdə qatılan şəxslərin ifadələrinin alınması tələb edilib.

Bildirək ki, bu il 37-ci dəfə keçirilən Boğaziçi Qitələrarası Üzgüçülük Yarışında 81 ölkədən 2 min 820 idmançı iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
2
azertag.az

3Sources