EN

III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artıb

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı artıb.

Far.Az xəbər verir ki, Bakı Şəhər Halqasından "Report"a-a verilən məlumata görə, yarışlara 10 ölkədən 1605 idmançı və 2330 nümayəndə qatılacaq.

Daha əvvəl yarışlarda 8 ölkənin iştirakı nəzərdə tutulsa da, sonradan bu siyahıya Türkiyə və Küveyt də əlavə olunub.

Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti isə 6 idmançının təmsil edəcəyi dəqiqləşib.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabr 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Chosen
18
8
far.az

10Sources