EN

Bədənimizi payıza necə hazırlayaq?

Yay mövsümünün bitməsi və havaların soyuması ilə bədənimiz də mövsüm dəyişikliyinə uyğunlaşmalıdır. Mütəxəssislər payız fəsli üçün immuniteti gücləndirməyin vacibliyini vurğulayır.

Far.Az xəbər verir ki, onların sözlərinə görə, ilk növbədə düzgün qidalanmaya diqqət etmək lazımdır. Mövsümi meyvə-tərəvəzlər – balqabaq, alma, armud və kök gündəlik rasionda olmalıdır. Vitamin və mineral tərkibli qidalar bədəni soyuqdəymə və viruslara qarşı qoruyur.

Bundan başqa, kifayət qədər yuxu, fiziki aktivlik və stressin azaldılması da immunitet üçün vacibdir. Payızda havalar dəyişkən olduğu üçün geyim seçiminə diqqət etmək, isti-soyuq fərqinə uyğun geyinmək tövsiyə olunur.

Mütəxəssislər həmçinin bol su içməyi, D vitamini çatışmazlığının qarşısını almaq üçün günəşli havalarda açıq havada gəzməyi məsləhət görürlər.

Chosen
2
2
far.az

3Sources