EN

ABŞ bankı Azərbaycanın layihələrinə maliyyə dəstəyi üçün alətlər təqdim edəcək

ABŞ-nin İxrac-İdxal Bankı (US EXIM Bank) Azərbaycanın enerji və "yaşıl keçid," translogistika və innovasiya layihələrinə maliyyə dəstəyi göstərmək üçün alətlər təqdim edəcək...

Poliqon xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

"Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti ilə birgə "US EXIM Bank"ın prezidenti və sədrinin baş müşaviri ilə keçirdiyimiz görüşdə Azərbaycanda iqtisadi inkişaf və şaxələndirmə sahəsində əldə olunan nailiyyətlər, böyük investisiya layihələrinin icrası üçün açılan yeni perspektivlər barədə səmərəli müzakirələr aparılıb", - deyə o qeyd edib.

Poliqon.info

Chosen
30
17
poliqon.info

10Sources