EN

Komitə sədri Mehriban Əliyevanı təbrik etdi

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Təbrikdə qeyd olunur:

"Hörmətli Mehriban xanım Əliyeva!

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Siz həm dövlətimizin, həm də mədəniyyətimizin simasında xüsusi yerə malik olan şəxsiyyətsiniz. 44 günlük Vətən müharibəsindən başlayaraq tam suverenliyimizin təmin olunmasına qədər xalqımızın yanında əsgər ruhu ilə dayanmağınız, Ali Baş Komandan cənab İlham Əliyevə göstərdiyiniz dəstək, fədakarlığınız və əzminiz xalqımızın yaddaşında silinməz iz qoymuşdur.

Sizin fəaliyyətiniz nəticəsində Azərbaycan mədəniyyəti, incəsənəti, təhsili və humanitar sahələr dünya miqyasında daha geniş tanınır, milli dəyərlərimiz qlobal müstəvidə təbliğ olunur. Siz qadın zərifliyini, Azərbaycan analarının mərdliyini və xalqımıza olan sarsılmaz sevgini öz şəxsiyyətinizdə birləşdirərək gələcək nəsillər üçün örnək olmusunuz. Bu əlamətdar gün münasibətilə bir daha Sizə möhkəm sağlamlıq, uzun və xoşbəxt ömür arzulayıram. Qoy Azərbaycan xalqının Sizə olan ehtiramı və məhəbbəti daim yolunuzu nurlandırsın".

Chosen
26
qht.az

1Sources