EN

Mikayıl Cabbarov: ATƏT in Minsk qrupu ilə 30 il aparılan danışıqlar bir nəticə verməyib

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ Prezidenti Donald Trampın ölkə başçımızı qarşılaması və ona qarşı səmimi münasibəti İlham Əliyevi böyük siyasi lider kimi qəbul etməsinin nəticəsidir".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Trampın Azərbaycan xalqını qüdrətli xalq adlandırması, simvolik olaraq Ağ Evin açarını təqdim etməsi ilə ikitərəfli münasibətlərin strateji mövqeyə yüksəldiyini müşahidə edirik:

"Azərbaycan 30 il işğal altında olan torpaqlarını sülh yolu geri qaytarmağa cəhd edib. ATƏT-in Minsk qrupu ilə aparılan danışıqlar bir nəticə verməyib. Prezidentin uzaqgörən siyasəti nəticəsində dövlətimizin siyasi və iqtisadi qüdrəti güclənib. Nəhayət, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad elədi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
5
oxu.az

6Sources