EN

“Hələ də şansımız var” – “Ferentsvaroş”un prezidenti

UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı oyundan əvvəl “Ferentsvaroş”un prezidenti Qabor Kubatov sosial şəbəkə hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o futbolçularından qeyri-adi performans göstərmələrini istəyib.

Klub rəhbəri rəsmi feysbuk səhifəsində bu sözləri yazıb: “Hələ də özümüzü sübut etmək şansımız var. Hər bir oyunçudan qeyri-adi, super-qəhrəman kimi performans tələb olunur. Ancaq onda irəliləmək şansımız olacaq”.

Xatırladaq ki, ilk görüşdə “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

Chosen
25
7
tribunainfo.az

8Sources