EN

Tam orta təhsillə bağlı attestat alanların sayı açıqlanıb

2024-2025-ci təhsil ilində attestat alan şagirdlərin sayı məlum olub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bildirilib ki, 2024-2025-ci tədris ilində 148.6 min nəfər ümumi orta təhsil haqqında, 100 min nəfər isə tam orta təhsil haqqında attestat əldə edib.

Qeyd edək ki, əvvəlki tədris ilində bu göstərici ümumi orta təhsil haqqında 144 min, tam orta təhsil haqqında isə 97.7 min nəfər attestat alıb.

AzPost.az

Chosen
20
5
azpost.info

6Sources