EN

Xosrovşahi: “Dəhlizə kim nəzarət etsə, bölgədəki tranzit arteriyalarına da o nəzarət edəcək”

“Zəngəzur dəhlizi modeli İran sərhədlərində təhlükəsizliyi təhdid edən bir məskunlaşma deyil, əksinə, Ermənistanın suverenliyini qorumaqla regional sabitliyə töhfə verə biləcək siyasi-iqtisadi platformadır”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri iranlı ekspert Hamed Xosrovşahi deyib.

O bildirib ki, razılaşmaya əsasən sərhəd və gömrük nəzarəti Ermənistanın əlində qalacaq. “Bu, İranın “qırmızı xətlərinə” uyğun gələn bir yanaşmadır”.

Xosrovşahi onu da qeyd edib ki, Zəngəzur bölgəsi Qafqazın cəmi bir neçə kilometrlik, lakin qlobal geosiyasətdə yüzlərlə kilometrlik dəyəri olan strateji məkandır. “Bu ərazi İranla Ermənistan arasında yeganə quru əlaqə xəttini təşkil edir və Azərbaycanı Naxçıvanla birləşdirən yeganə alternativ keçid yolu kimi çıxış edir. Eyni zamanda, bu dəhliz Mərkəzi Asiyanı, Xəzər dənizini, Azərbaycanı və Türkiyəni birləşdirən Transxəzər marşrutunun mərkəzində yerləşir”.

İranlı ekspert vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız bir yol deyil, qlobal və regional güclərin maraq kəsişməsidir. “Bu əraziyə kim nəzarət edirsə, Şərq-Qərb və Şimal-Cənub tranzit arteriyalarının ən strateji hissəsini ələ keçirmiş olur”.

O sonda bildirib ki, hazırkı ssenaridə Amerikanın bölgəyə daxil olması İranın sərhədlərində hərbi mövcudluq yaratmır.

Fərda Uğur

Chosen
8
tribunainfo.az

1Sources