EN

BAKU.WS işıqlandırdı, Yeni Yasamaldakı problem aradan qaldırıldı

Paytaxtın Yasamal rayonu, Ə.Əhmədov küçəsində sakinləri narahat edən antisanitar vəziyyət aradan qaldırılıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, polis və digər müvafiq qurumların nəzarəti ilə sözügedən ərazidəki antisanitar vəziyyət nəzarətə götürülüb və problem həllini tapıb.

***11:10

Yeni Yasamalda zibillik problemi sakinləri təngə gətirib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə sakinlər müraciət edib.

Onların sözlərinə görə, Əsəd Əhmədov küçəsindəki acınacaqlı vəziyyət həllini tapmır.

Mövcud vəziyyətin aradan qaldırılması üçün adiyyəti qurumlara müraciət etsələr də problem həll edilmir. Belə ki, zibil qutularındakı tullantıların vaxtında daşınmaması və üstəlik bəzilərinin yararsız vəziyyətdə olması sakinləri narahat edir. Onlar bu problemin həll ediləcəyi günü səbrsizliklə gözləyir.

Görüntüləri olduğu kimi təqdim edirik:

Chosen
32
1
far.az

3Sources