EN

Bəhlul Mustafazadə: "Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında Bakıdakı görüşdə də qələbə qazanacaqlarına inandığını qeyd edib:

“Tam şəkildə sabahkı matçda hazırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Chosen
11
4
operativmedia.az

6Sources