EN

İbtidai siniflərdə dərs saatı azaldılmalıdır? -Ekspertdən AÇIQLAMA

Ölkəmizin bütün ümumi təhsil müəssisələrində I siniflərdə dərsin müddəti hazırda 45 dəqiqədir. Bu norma Nazirlər Kabinetinin 2012-ci ildə qəbul etdiyi 171 nömrəli qərarla təsbit olunub. Ancaq bəzi valideynlər narazılıq edirlər ki, ibtidai siniflərin dərs saatı azaldılmalıdır.

Bəs ibtidai siniflərdə dərs saatları azaldılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, birinci siniflərin dərs saatlarının qısaldılması barədə deyilənlərlə razı deyiləm:

"Çünki ibtidai təhsilin əsas, bünövrə mərhələsi məhz birinci sinifdir və bu dövrdə şagirdlərin bilik, bacarıq və davranışlarının formalaşdırılması üçün müəllimlə keçirilən vaxt maksimum dərəcədə səmərəli istifadə olunmalıdır. Ona görə də mövcud dərs saatları olduğu kimi saxlanılmalıdır. Dərs vaxtının azaldılması şagirdlərin dərsdənkənar məşğuliyyətlərinə daha çox şərait yaradar ki, bu da hazırkı mərhələdə düzgün yanaşma deyil. Əslində, biz bu yaş dövründə uşaqları elm və təhsilə yönəltməliyik. Dərs saatlarının azaldılması isə onların boş vaxtlarının artmasına, asudə vaxtın isə faydasız keçməsinə səbəb ola bilər. Nəticədə bu, gələcəkdə onların qərarvermə qabiliyyətinə, bilik və bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər".

Nuriyyə NATİQQIZI

Chosen
3
redaktor.az

1Sources