EN

Laçında üç məktəbdə 303 şagird təhsil alır

Yazını böyüt
Yazını kiçilt

Laçında üç məktəb - 2 nömrəli tam orta ümumtəhsil məktəbi, Sus kənd tam orta ümumtəhsil məktəbi, Ədalət Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Hafta.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bu məktəblərdə 303 şagird təhsil prosesinə cəlb olunub, onların təlim-tərbiyəsi ilə 48 nəfər təhsilverən məşğul olur:

"Bu il Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən üç məzunun hər biri tələbə adını qazanıb".

Chosen
1
1
hafta.az

2Sources