EN

Bakıda evdən 10 min manat oğurlayanlar saxlanıldı

Paytaxtda evdən 10 min pul oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən şəxs polisə məlumat verib.

Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar.

Chosen
56
31
publika.az

10Sources