EN

Kəndin köhnəsi, xəttin təzəsi

Dayaqlar üzərindən düşmüş, eroziyaya uğrayaraq əyilmiş qapı keçidləri və simmetriyası pozulmuş borular. Söhbət Goranboy rayonunun Hazırəhmədli kəndindəki qaz xətlərindən gedir. 30 ilə yaxın istismarda olan xətlərin hazırkı vəziyyəti isə SOCAR-ın “Azəriqaz” İB-nin diqqətindən qaça bilməzdi.

Düzdür, bu günədək abonentlərin qaz təchizatında hər hansı bir problem yaranmayıb. Ancaq buna baxmayaraq Birliyin əsas vəzifələrindən biri də problemin yaranmadan həll edilməsidir ki, elə bu məqsədlə Hazırəhmədli kəndində qaz xətlərinin yenilənməsi işlərinə start verilib.

Qeyd edək ki, Hazırəhmədli kəndində 1300 paqonmetr qaz xətlərinin yenilənməsi nəzərdə tutulub ki, bunun da təxminən 500 paqonmetrində işlərə yekun vurulub. Adıçəkilən kənddə ümumilikdə 239 abonent fasiləsiz şəkildə mavi yanacaqla təmin edilir.

22
Chosen
13
3
redaktor.az

4Sources