EN

Azərbaycanda yük və sərnişin daşımalarında rekord - Gəlirlər 1 milyardı keçdi

Azərbaycanda avtomobil nəqliyyatı sektorunda gəlirlər 2025-ci ilin ilk yarısında 1 milyard manatı ötüb.

Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumatına görə, yanvar-iyun aylarında yük və sərnişin daşımalarından 1,044 milyard manat gəlir əldə olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% artıb.

Hesabata əsasən, yük daşımalarından gəlirlər 472,7 milyon manat (7,1% artım), sərnişin daşımalarından isə 571,1 milyon manat (6% artım) təşkil edib. Bu müddətdə 70 milyon tondan çox yük və 900 milyon nəfərdən çox sərnişin daşınıb.

Chosen
34
far.az

1Sources