EN

Almaniyada ABŞ vətəndaşına casusluq ittihamı irəli sürülüb

Almaniyada ABŞ vətəndaşı barəsində, Çin adından casusluq etdiyi iddiası ilə məhkəmə işi açılıb.

"Cebheinfo.az" xəbər verir ki, Almaniyada Çin adından casusluq etdiyi iddiası ilə bir ABŞ vətəndaşı haqqında Koblenz Ali Regional Məhkəməsində iş açıldığı bildirilib.

Federal Baş Prokurorluğun yaydığı açıqlamada qeyd olunub ki, Almaniyadakı ABŞ hərbi bazasında çalışan şübhəli şəxs, Çin kəşfiyyat orqanına ABŞ ordusuna dair həssas məlumatları ötürməkdə ittiham olunur.

“Şübhənin xüsusilə ciddi bir işdə xarici kəşfiyyat xidmətinin agenti kimi fəaliyyət göstərməyə hazır olduğunu bəyan etdiyi barədə kifayət qədər şübhə mövcuddur”, - qurumdan verilən açıqlamada deyilir.

Məlumata görə, 2020-ci ildən Almaniyadakı ABŞ hərbi bazasında çalışan həmin şəxs, 2024-cü ilin yayında Çin dövlət qurumları ilə bir neçə dəfə əlaqə saxlayaraq Çin kəşfiyyat xidmətinə ötürülmək üçün həssas ABŞ hərbi məlumatlarını təqdim etməyi təklif edib.

Qeyd olunub ki, Koblenzdəki Ali Regional Məhkəmənin Dövlət Təhlükəsizliyi Senatı irəli sürülən ittihamların qəbul edilib-edilməməsini qiymətləndirəcək və ittihamlar qəbul olunduğu halda məhkəmə iclasının tarixi müəyyən ediləcək.

Chosen
1
1
cebheinfo.az

2Sources