“Formula 1” üzrə Azərbaycan Qran-prisinə 12 tribunadan 9-nun biletləri satılıb.
Heftelik.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Tikinti işləri də, demək olar ki, yekunlaşıb.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.