Bakı. Trend:
Sentyabrın 1-dən etibarən Rusiyanın paytaxtı Moskvadamiqrantları izləməyə imkan verəcək elektron tətbiq istifadəyəveriləcək.
Trend xəbərverir ki, bu barədə Moskva meri Sergey Sobyanin "İnterfaks"amüsahibəsində deyib.
Sergey Sobyaninin sözlərinə görə, Moskvanın icra qurumlarımiqrantların nəzarətdə saxlanılması məqsədilə "Moskva regionundabir sıra eksperimentlərin aparılmasına" icazə alıblar.
Moskva meri qeyd edib ki, bütün hava limanlarında miqrantlarınbiometrik nəzarəti tətbiq olunub. Həmçinin Moskva ərazisindəmiqrantların bütün məlumatları daxil edilmiş "elektron kart"istifadəyə veriləcək.
"QR-kod vasitəsilə polis həmin şəxslə bağlı hər şeyi öyrənəbilər - nə vaxt gəlib, hansı müddətə, harada işləyir, miqrasiyapozuntusu var, ya yox. Əgər qırmızı işıq yanırsa, polisin onusaxlaması vacibdir. Yaşıldırsa, heç bir sual yaranmır", - deyə mervurğulayıb.