EN

"Mehriban Əliyeva Azərbaycan qadınının müasir obrazını təcəssüm etdirir" -Deputat

"Tariximizin və mədəniyyətimizin ən incə dəyərlərini daim uca tutan, Azərbaycan xanımına xas olan bütün zəriflik və müdrikliyi özündə birləşdirən hörmətli Mehriban xanım Əliyevanı xalqımız milli dəyərlərimizin daşıyıcısı, humanizm və xeyirxahlığın simvolu kimi tanıyır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı özünün feysbuk hesabında yazıb.

"Mehriban xanımın çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun yüksəlməsinə xidmət edir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyətimizin dünyada tanıdılması, milli irsimizin qorunması, elm, təhsil və səhiyyə sahələrində yüzlərlə layihənin həyata keçirilməsi ilə yadda qalıb. Qədim abidələrimizin bərpası, gənclərin təhsili üçün geniş imkanların yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların, aztəminatlı ailələrə göstərilən qayğı Mehriban xanımın humanist şəxsiyyətinin bariz nümunələridir.

Birinci vitse-prezident kimi Mehriban xanımın siyasi fəaliyyəti Azərbaycan dövlətinin güclənməsinə, xalqımızın rifahının artmasına yönəlib. Onun incə diplomatik məharəti ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan qadınının müasir obrazını təcəssüm etdirir. Zərifliklə qətiyyətin, humanistliklə dövlətçilik məsuliyyətinin harmoniyası Onun fəaliyyətində öz parlaq əksini tapır. Mədəniyyətimizin keşiyində duran, xalqımızın mənəvi dayaqlarını gücləndirən, hər bir azərbaycanlı üçün örnək olan Mehriban xanımın həyat yolu gələcək nəsillərə işıq saçacaq.

Əziz Mehriban xanımı, doğum günü münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik və Azərbaycan xalqına şərəf gətirən çoxillik fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

Doğum gününüz mübarək, sevimli Mehriban xanımımız! ", - deyə o, yekunlaşdırıb.

Xədicə BAXIŞLI

Chosen
40
1
redaktor.az

2Sources