EN

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə bahalaşma olacaq KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev əmlak bazarında mənzillərin qiymətinin gələn ilin əvvəlində 20%-ə qədər bahalaşacağı barədə məlumatlara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, ekspert pravda.az-a açıqlamasında deyib ki, mənzil qiymətlərinin artıb və ya azalmasına heç kim zəmanət verə bilməz.

“Bazarı bilmək olmur. Qiymətlər stabilləşə də bilər, arta da. Bu, ümumi regionda və dünyada baş verən proseslərlə bağlıdır. Mənzillər gələn ilin əvvəli dəqiq neçə faiz bahalaşacaq, yaxud ucuzlaşacaq, bilinmir. Hansışa fors-major hadisə baş verə bilər, qiymətlər tamamilə ucuzlaşar. Ümumiyyətlə, son illər ölkənin daşınmaz əmlak sahəsində, xüsusən, paytaxt Bakı və digər böyük şəhərlərdə mövcud olan daşınmaz əmlakların satış qiymətlərində artımlar müşahidə olunur. Artımın iki səbəbi var. Əvvəla, son zamanlar paytaxtda aparılan söküntülərin bir hissəsi özəl tikinti şirkətləri tərəfindən aparılsa da, mənzilləri sökülən vətəndaşlara yeni tikiləcək binalardan mənzil verilir. Digər söküntülər torpaqların dövlət ehtiyacları üçün alınması tələbi ilə aparılır. Bu zaman vətəndaşların mənzilləri sökülərək onlara kompensasiya şəklində mənzil deyil, pul verilir. Belə halda, əmlak bazarına qısa müddət ərzində yüzlərlə, bəzən minlərlə əllərində nəğd vəsaiti olan müştərilər daxil olur.  Bu da mənzilə tələbatı artırır və qiymətlərin bahalaşmasına gətirib çıxarır. Artıq paytaxtla yanaşı, Sumqayıt və digər böyük şəhərlərdə yeni çoxmənzilli yaşayış binaları inşa etmək üçün torpaq sahələri qalmadığından indi tikinti şirkətləri hər hansı müəssisə və yaşayış massivləri satın alırlar. Bu da torpağın maya dəyərini artırır. Bələ halda tikintinin də maya dəyəri bahalaşır. Paytaxtın Baş Planı təsdiq olunub. 2040-cı ilə qədər Bakı Baş Planda əks edilmiş formada olacaq. Bu da deməyə əsas verir ki, 2040-cı ilə qədər daha böyük ərazilər söküləcək. Evləri sökülən vətəndaşların onlara verilən pullarla əmlak bazarına dönüş etmələri bazarda qiymət artımına gətirib çıxacaq”, – ekspert deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
4
konkret.az

5Sources