EN

Azərbaycanda “robot repetitor” layihəsi hazırlanır

İdarəetmə Sistemləri İnstitutunda süni intellekt əsaslı “robot repetitor” sisteminin üzərində işlərin aparıldığı bildirilib. 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov məlumat verib.

“Məqsədimiz repetitor xidmətlərinə çıxışı olmayan abituriyentlərə keyfiyyətli və əlçatan təhsil dəstəyi təqdim etməkdir. Virtual müəllimlər vasitəsilə şagirdlər tarix, coğrafiya, riyaziyyat və digər fənləri interaktiv şəkildə öyrənə biləcəklər”.

“Robot müəllim” ya çox ucuz məbləğ qarşısında, ya da Elm və Təhsil Nazirliyi tərəfindən abituriyentlərin istifadəsinə pulsuz veriləcək.

Əgər lazımi məlumat bazalarına çıxış əldə olunarsa, sistemin 7-8 ay ərzində istifadəyə hazır olması mümkündür.

Chosen
54
2
azedu.az

3Sources