EN

Türkiyədə sürət həddini aşan nazir CƏRİMƏLƏNDİ - VİDEO

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Niğde avtomobil yolunda sürət həddini aşdığı üçün cərimələnib.
Sherg.az milli.az-a istinadla xəbər verir ki, nazir sosial şəbəkə hesabında paylaşdığı videoda sürətinin 255 km/saat olduğunu göstərib və "Özüm xəbər verdim" sözləri ilə bu anı ictimaiyyətlə bölüşüb.

Bir neçə saat sonra Uraloğlu yeni açıqlama yayaraq, magistral jandarma tərəfindən 9267 lirə(385 manat) məbləğində cərimə aldığını bildirib. Nazir paylaşımında bunları qeyd edib:

"Yolun vəziyyətini yoxlamaq üçün sükan arxasına keçdim. Qısa müddətlik sürət həddini aşdım. Video ilə mən özüm xəbər vermiş oldum".

O, əlavə edib ki, sürət həddinə riayət etmək hər kəs üçün məcburidir və bu hadisədən sonra "daha diqqətli olacağına" söz verib.

Chosen
22
5
sherg.az

6Sources