Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər.
AFN.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.
Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.
Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriyada səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınıb. Daha sonra Heydər Əliyev məzarı ziyarət edib.
2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində geniş qeyd edilib.