Dövlət xətti ilə xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.
Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2024-2025-ci tədris ilində 1111 nəfər xarici ölkələrdə təhsil alıb.
Onlardan 212 nəfəri MDB ölkələrində ( 12 nəfər Qazaxıstanda, 198 Rusiyada, 2 nəfər Tacikistanda), 899 nəfər isə digər ölkələrdə ( 1 nəfər ABŞ-də, 4 nəfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, 72 nəfər Çində, 3 nəfər İspaniyada, 3 nəfər İtaliyada, 3 nəfər Cənubi Koreyada) təhsil alıb.