EN

Mehriban Əliyevanın doğum günüdür

Azərbaycanın birinci xanımı və I vitse-prezidenti Mehriban Əliyeva bu gün 60 yaşını qeyd edir.

1964-cü il avqustun 26-da Bakıda anadan olan Əliyeva 1988-ci ildə Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu, 1996-cı ildə isə “Azərbaycan – İrs” jurnalını təsis edib.

2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Əliyeva 2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondunun prezidentidir.

Chosen
30
anews.az

1Sources