EN

Gözdən əlillərin yaşadığı binada LİFT İŞLƏMİR

Bakının iki ayrı hissəsində sakinlər lift problemi yaşayırlar.

Far.Az-in "qaynar xətti"nə gələn şikayətə əsasən Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən 149 nömrəli binada liftin işləmədiyi bildirilir. Qeyd olunur ki, bina 9 mərtəbəlidir və sakinlər arasında gözdən əlillər də var.

Başqa bir şikayətə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsində, İlqar Əhlimanov küçəsi, 10-cu binada da 26 gündür lift işləmir. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müraciətlər edilsə də, lift İdarəsi və departament bildirir ki, qapıların platası yanıb və hazırda təmir üçün departamentin maliyyə imkanı yoxdur.

Sakinlər problemin aradan qaldırılması üçün dəstək göstərilməsini xahiş edirlər.

Şahanə Xankişiyeva

Chosen
5
1
far.az

3Sources