EN

Ərdoğanın kürəkəni ilə baglı ŞOK İDDİA: Albayrakın çöküşü, Bayraktara necə qapılar açdı?

Bir neçə il əvvəl qəfil istefa verən keçmiş xəzinə və maliyyə naziri Berat Albayrakla bağlı iddialar səngimək bilmir.

KONKRET.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak ailə böhranına görə vəzifəsindən uzaqlaşdırılıb. Onun həyat yoldaşına qarşı xəyanət iddiaları yayılıb. Nəticədə Rəcəb Tayyib Ərdoğan Albayrakın idarə etdiyi şirkətlərini, o cümlədən Tükuvaz media qrupunu ondan alaraq, digər kürəkəni Bayraktara təhvil vermək qərarına gəlib.

Ən sensasiyalı iddialardan biri də Ərdoğanın ailə balansını qorumaq üçün Albayrakların iqtisadi gücünü zəiflətməsi və əsas şirkətləri Bayraktar ailəsinə yönəltməsidir. Bu addım Bayraktarın müdafiə sənayesindəki əhəmiyyətli uğurunu gücləndirməklə yanaşı, “ikinci kürəkəni” əsas fiqur halına gətirir.

Qeyd edək ki, rəsmi dairələr bütün bu iddiaları təkzib edir.

Natiq Səlim

KONKRET.az

Chosen
30
1
konkret.az

2Sources