EN

"Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı cinayət işi başlanılıb -YENİLƏNİB

"Sədərək" Ticarət Mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanması ilə bağlı qərar qəbul edilib.

Redaktor.az xəbər verir ki, faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində Cinayət Məcəlləsinin 225.1-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

***

"Sədərək" Ticarət Mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Redaktor.az xəbər verir ki, faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, avqustun 24-də baş verən yanğın ötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Yanğınla bağlı 13 nəfər tüstüdən zəhərlənib.

Chosen
13
5
redaktor.az

10Sources