EN

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yolların əsaslı təmiri davam etdirilir

Bakı.Trend:

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yolların əsaslı təmiridavam etdirilir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb.

Bildirilib ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusarrayonunda 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsinibirləşdirən Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağıİmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri davametdirilir:
“Uzunluğu 26.7 kilometr olan avtomobil yolu uzun müddət təmirolunmadan istifadə edildiyindən və təbii faktorların təsirindənyararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidənqurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texnikidərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədərgenişləndirilir.

Hazırda 12 km hissəsi yararsız asfalt, 14.7 km hissəsi isəçınqıl örtüklü olanyolun Hiloba-Yasaoba-Əniqoba hissələrində torpaqişləri, süni qurğuların inşası və yol yatağının tikintisi işlərigörülür”.

“Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisivə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinəyetiriləcək.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolnişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi vəyolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə,tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparlır. İşlərinvaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə vətexnika cəlb edilib”məlumatda deyilir.

Chosen
13
5
az.trend.az

6Sources