EN

"Qalatasaray" heyətini fransız futbolçu ilə gücləndirmək istəyir

"Qalatasaray" Fransanın "Marsel" klubunda çıxış edən Adrien Rabiota "göz qoyub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fransız futbolçunu "Qalatasaray"la  yanaşı, "Aston Villa", "İnter" və "Vest Hem Yunayted"in də "radar"a alıb.

Xatırladaq ki, ötən mövsüm "Marsel"in heyətində 31 matça çıxan fransalı yarımmüdafiəçi 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ

Chosen
23
2
mia.az

3Sources