EN

Vyetnamda Kadziki qasırğası səbəbindən azı üç nəfər həlak olub

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Vyetnamın mərkəzi hissəsində "Kadziki" tropik qasırğası səbəbindən ən azı üç nəfər həlak olub. SİA-nın məlumatına görə, bu barədə Yerli bəndlərin idarə edilməsi və təbii fəlakətlərin qarşısının alınması departamentindən bildirilib.

Qurumun məlumatına görə, avqustun 26-sı səhər saatlarında üç nəfərin ölümü təsdiqlənib, 13 nəfər müxtəlif xəsarətlər alıb.

Təbii fəlakət 6,8 mindən çox evə ziyan vurub, daha 3,1 min tikili su altında qalıb. Leysan yağışları kənd təsərrüfatına da əhəmiyyətli dərəcədə zərər verib, 31 min hektar düyü əkini və təxminən 2,2 min hektar meyvə plantasiyasını su basıb.

Mərkəzi regionun 740-dan çox elektrik xəttinin sıradan çıxması ilə 1,7 milyondan çox sakin elektrik təchizatından məhrum olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
5
sia.az

6Sources