EN

Tramp: ABŞ özəl şirkətlərdən hissələr almağa davam edəcək

ABŞ administrasiyası "Intel" ilə olduğu kimi, böyük özəl şirkətlərdə kapital paylarını almağa davam etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə cənubi koreyalı həmkarı Li Çje Myon ilə görüşünün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ondan "Intel"in 10% səhminin ötürülməsi sövdələşməsini və administrasiyasının iri sənaye müəssisələrinə münasibətdə siyasətini şərh etməsi xahiş olunub.

"Bəli, bu cür sövdələşmələrin başqa halları da olacaq. Əgər məndə belə bir imkan yaranarsa, mən eyni şəkildə hərəkət edəcəyəm. Sonra, bilirsiniz, axmaq insanlar tapılacaq ki, deyəcəklər: "Ah, bu, rüsvayçılıqdır". Bu, rüsvayçılıq deyil. Əgər kimsə sizə şirkətin 10%-ni verməyə hazırdırsa və siz bunun üçün ödəmirsinizsə, buna biznes deyilir", - o deyib.

"Intel"ə gəldikdə, bildiyiniz kimi, onların çətinlikləri var idi. Mən arzu edirəm ki, onların hər şeyi yaxşı olsun", - o əlavə edib.

Chosen
85
32
report.az

10Sources