EN

Məşhur müğənni xəstəxanalıq oldu - FOTO

Türkiyəli məşhur müğənni İrem Derici xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə məşhur aparıcı Ece Erken məlumat yayıb.

Onun sözlərinə görə, sənətçi qəfil səhhətində yaranan problem səbəbindən efirə qatıla bilməyib.

Lakin sevənlərini narahat buraxmaq istəməyən İrem Derici xəstəxana palatasından video göndərərək səhhəti ilə bağlı məlumat verib.

Sənətçi videoda bunları deyib:

"İndi antibiotik vurdular, sonra da vitamin verəcəklər. Həm boğazım, həm də qulaqlarım iltihablanıb. Xəstəxanaya gələndə temperaturum 38,9 idi. Kimin nəzəri dəydisə, gözünə..." /milli.az/

 

Chosen
34
8
redaktor.az

9Sources