EN

“İlham, siz böyük lidersiniz” – Trampdan hədiyyə


Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa minnətdarlığını ifadə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.
“Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”, - paylaşımda deyilir.
Chosen
87
46
yeniavaz.com

10Sources